ABŞ Prezidenti Donald Trump sosial media hesabında paylaşdığı açıqlamada Rusiya ilə Ukrayna arasında 9, 10 və 11 may tarixlərini əhatə edən üç günlük atəşkəs elan ediləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp qeyd edib ki, müvəqqəti atəşkəs bütün hərbi əməliyyatların dayandırılmasını və hər iki tərəfdən 1000 əsirin mübadiləsini nəzərdə tutur.
ABŞ lideri bildirib ki, təşəbbüs birbaşa onun tərəfindən irəli sürülüb:
“Prezident Vladimir Putin və Prezident Volodimir Zelenskinin bunu qəbul etməsindən məmnunam. Ümid edirəm ki, bu, uzun və dağıdıcı müharibənin sonunun başlanğıcı olacaq.”
Tramp əlavə edib ki, tərəflər arasında danışıqlar davam edir və münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunur.
Aytən Yaşar/ Turkustan.az