Xoşqədəm Hidayətqızının da verilişi dayandırıldı


ARB telekanalında kadr və proqram dəyişiklikləri ilə bağlı qərar qəbul edilib.

Turkustan.az Oxu.az-a istinadla xəbər verir ki, bu gündən etibarən tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılır.

Qeyd edək ki, sözügedən aparıcıların verilişlərinin efirdən yığışdırılması ilə bağlı məlumatlar bir müddətdir özəl mənbələr tərəfindən iddia olunurdu.

ARB telekanalının mətbuat xidməti məlumatı təsdiqləyib.


MANŞET XƏBƏRLƏRİ