Rafet El Roman bu azərbaycanlı xanımla evlənir - Fotolar


Türkiyəli müğənni Rafet El Roman üçüncü dəfə evlənir.

Turkustan.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.

Evlənəcəyi şəxsin azərbaycanlı olduğunu bildirən Rafet, artıq 3 aydır nişanlı olduqlarını deyib.

Jurnalistlərin suallarını cavablandıran sənətçi yanında olan şəxsin musiqi müəllimi və müğənni Aleyna İlhan olduğunu bildirib.

Qeyd edib ki, nişanlısı Aleyna İlhan dostudur və azərbaycanlıdır.

Qeyd edək ki, Rafet daha əvvəl 2 dəfə evli olub və 3 övladı var./publika.az


MANŞET XƏBƏRLƏRİ