Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.
Turkustan.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Məlumata görə, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.
O, Zaqatalada restoran sahibi olub.

