ABŞ və Meksika arasında böyük böhran: Konsulluqlarla bağlı araşdırmalar başladı


Klaudiya Şeynbaum ABŞ-dakı Meksika konsulluqlarının siyasi fəaliyyət göstərdiyi və ya ABŞ əleyhinə gündəm həyata keçirdiyi barədə iddiaları rədd edib.

Turkustan.az xəbər verir ki, gündəlik mətbuat brifinqində danışan Şeynbaum bildirib ki, konsulluqların əsas fəaliyyəti xaricdə yaşayan Meksika vətəndaşlarının hüquqlarını qorumaqdır.

“Meksika konsulluqlarının ABŞ siyasətinə müdaxilə etdiyi iddiası tamamilə yalandır. Konsulluqlar yalnız öz vətəndaşlarını qorumaq funksiyasını yerinə yetirir,” – deyə o vurğulayıb.

Şeynbaum əlavə edib ki, ABŞ Dövlət Departamentinin ölkədəki 50-dən çox Meksika konsulluğu ilə bağlı araşdırma başladması barədə rəsmi məlumatı yoxdur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ