Livan Səhiyyə Nazirliyi İsrailin ölkənin cənubundakı dörd fərqli yerə hücumları nəticəsində iki uşaq və üç qadın da daxil olmaqla ən azı 10 nəfərin öldüyünü açıqladı.
Turkustan.az xəbər verir ki, Atəşkəsə baxmayaraq, İsrail Livanı hədəf almağa davam edir. Livan Səhiyyə Nazirliyi İsrailin cümə günü cənubi Livanda dörd fərqli yerə hücumlar başlatdığını açıqladı. Hücumlar nəticəsində ikisi uşaq və üçü qadın olmaqla ən azı 10 nəfər həlak olub.
İsrail və Livan arasında 17 apreldə elan edilən 10 günlük atəşkəs 17 maya qədər uzadıldı. Buna baxmayaraq, İsrail dəfələrlə atəşkəsi pozaraq mülki yaşayış məntəqələri də daxil olmaqla çoxsaylı ərazilərə hücumlar həyata keçirib.
Aytən Yaşar/ Turkustan.az