Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI – Qan töküldü – DETALLAR


Cəlilabadda rayonunda yeniyetmələr arasında baş verən narazılıq valideynlərin davasına səbəb olub.

Məlumata görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, iki məktəbli arasında yaranan gərginlikdən sonra onların valideynləri məsələni müzakirə etmək üçün bir araya gəliblər. Lakin görüş zamanı tərəflər arasında münaqişə dərinləşib və dava qanlı sonluqla yekunlaşıb.

Nəticədə İlqar Quliyev müxtəlif nahiyələrdən ağır xəsarətlər alıb. Yaralı təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti kritik olaraq qalır.

Hadisəni törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Fakt üzrə araşdırma davam etdirilir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ