Çinin İranla strateji tərəfdaşlığı fonunda Hörmüz boğazında Çin heyətinin olduğu tankerin hədəfə alınması beynəlxalq diqqət çəkib.
Turkustan.az xəbər verir ki, məlumata görə, bölgədəki münaqişələrin başlanmasından bəri Çinlə əlaqəli tankerə ilk dəfə hücum edilib. “Çin sahibi və ekipajı” qeydinin olduğu bildirilən gəmidə hücumdan sonra göyərtədə yanğın baş verib. İlkin məlumatlarda insan itkisi olmadığı qeyd olunub.
Çin Xarici İşlər Nazirliyi hadisəni təsdiqləyərək bildirib ki, tanker Marşal Adaları bayrağı altında üzsə də, göyərtədə Çin vətəndaşları olub.
Pekin regional gərginliklə bağlı narahatlığını ifadə edərək tərəfləri təmkinli olmağa çağırıb.
Hücuma görə hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. İran isə bölgədə Çin gəmilərinə hücum etmədiyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az