Pezeşkian: İranın siyasəti qarşılıqlı hörmət və dostluğa əsaslanır


İran prezidenti Məsud Pezeşkian ölkəsinin xarici siyasətinə dair açıqlama verərək bildirib ki, İranın əsas xətti qarşılıqlı hörmət və ortaq maraqlar çərçivəsində dostluq münasibətlərinin inkişaf etdirilməsidir.

Turkustan.azxəbər verir ki, Pezeşkian ABŞ-də yerləşən X üzərindən etdiyi paylaşımda qeyd edib ki, müstəmləkəçi ideologiyanın gələcək dünyada yeri yoxdur və beynəlxalq münasibətlər ədalət və qarşılıqlı anlaşma əsasında qurulmalıdır.

O, həmçinin vurğulayıb ki, İran xalqı tarixən tolerant bir xalq olub və əsrlər boyu zülmə qarşı mübarizə apararaq öz kimliyini qoruyub saxlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ