Kubanın xarici işlər naziri Bruno Rodrigez Parrilya ABŞ Prezidenti Donald Tramp-ın Kuba ilə bağlı açıqlamalarına cavab verib.
Turkustan.az xəbər verir ki, ABC News-a verdiyi müsahibədə bildirib ki, ABŞ hökuməti “son dərəcə təhlükəli bir yol” seçir və bu siyasət ciddi nəticələr doğura bilər.
Rodrigezin sözlərinə görə, bu kurs humanitar fəlakətə, böyük insan tələfatına və hətta Kubada mümkün qırğınlara səbəb ola bilər. O əlavə edib ki, belə bir vəziyyət təkcə kubalıların deyil, həm də gənc amerikalıların həyatını təhlükə altına qoya bilər.
Nazir həmçinin qeyd edib ki, Kuba mümkün hərbi hücum halında özünümüdafiə hüququndan istifadə etməyə hazırdır və ABŞ-ın təhdidlərini ciddi qəbul edir.
Aytən Yaşar/ Turkustan.az