Alimlər yadplanetliləri harada axtaracaqlarını tapdılar


Pensilvaniya Universiteti və NASA-nın Reaktiv Sürət Laboratoriyasının tədqiqatçıları müəyyən ediblər ki, yadplanetli sivilizasiyalar insanların kosmik gəmiləri ilə planetlər arasında göndərdikləri radiosiqnallarını aşkar edə bilirlər. Belə bir dinləmə üçün ən çox ehtimal olunan məqam Yer kürəsi və Mars arasında aparılan radiosiqnal mübadiləsidir.

Turkustan.az xəbər verir ki, araşdırma “The Astrophysical Journal Letters” (AJL) jurnalında dərc olunub.

“İnsanlar əsasən Mars kimi digər planetləri də öyrənmək üçün göndərilən kosmik cihazlarla əlaqədə olurlar. Bununla belə, planet siqnalı tamamilə bloklamır və onun sızması kənar müşahidəçi tərəfindən aşkar edilə bilər”, araşdırmanın müəllifi, Pensilvaniya Universitetinin aspirantı Pinqçen Fan deyib.

Alimlər NASA-nın planetlərarası missiyalarla əlaqəni təmin edən qlobal antenalar şəbəkəsi “Deep Space Network”ün iyirmi illik fəaliyyətinin nəticələrini təhlil ediblər. Məlum olub ki, siqnalların əksəriyyəti xüsusi olaraq Mars və Günəşə yaxınnöqtələrdə yerləşən cihazlara yönəlib.

Hesablamalara görə, yadplanetli sivilizasiya Yer və Marsı təsadüfən müşahidə edərsə, 77 faiz siqnallardan birini dinləyəcək. Digər planetlərin vəziyyətində isə ehtimal təxminən 12 faiz təşkil edir.

Pensilvaniya Universitetinin professoru Ceyson Vraytın fikrincə, bu, yadplanetliləri harada axtarmaq lazım olduğuna kömək edə bilər.

Elm adamları iddia edirlər ki, “Deep Space Network”ün radiosiqnalları Yerdəkilərə bənzər teleskoplardan istifadə etməklə 23 işıq ilinə qədər məsafədən aşkarlana bilər. (Teleqraf.az)


MANŞET XƏBƏRLƏRİ