ABŞ Prezidenti Donald Trampın İrana qarşı “iqtisadi müharibə” elan etməsindən sonra Tehrandan diqqətçəkən açıqlama gəlib.
Turkustan.az xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Trampın açıqlamasına cavab olaraq Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını təklif edib.
İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, Rzayi bildirib ki, ABŞ-ın iqtisadi təzyiqlərinə ən təsirli cavablardan biri NPT-dən çıxmaq ola bilər.
O, Trampın İranla bağlı iqtisadi təzyiqləri artırması fonunda Tehranın mümkün addımlarını dəyərləndirib.
Aytən Yaşar/ Turkustan.az