Türkiyə, Misir və Qətər İsrailin Qəzza zolağına son hücumlarını qətiyyətlə pisləyib.
Turkustan.az xəbər verir ki, hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla mülki şəxslərin öldüyü bildirilib.
Üç ölkənin birgə bəyanatında İsrailin atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməli və gərginliyi artıra biləcək addımlardan çəkinməli olduğu vurğulanıb.
Vasitəçi ölkələr qeyd ediblər ki, İsrailin hücumları Qəzzada münaqişəyə son qoyulmasına yönəlmiş hərtərəfli planın həyata keçirilməsi ilə bağlı diplomatik səylərin davam etdiyi və danışıqlarda konstruktiv addımların atıldığı bir vaxtda regional və beynəlxalq səylərə zərər vurur.
Bəyanatda beynəlxalq ictimaiyyət və Qəzza Sülh Komitəsi atəşkəsin tam şəkildə təmin edilməsi və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırılıb.
Aytən Yaşar/ Turkustan.az