Avqustun 28-də baş verəcək Günəş tutulması zamanı Ayın demək olar ki, tamamailə qırmızı rəngə boyanacaq.
Turkustan.az TASS-a istinadla xəbər verir ki, bu barədə Moskva Planetariumunun metodoloji təminat şöbəsinin rəhbəri, astronom Lyudmila Koşman məlumat verib.
Onun sözlərinə görə, buna səbəb Ayın 90%-dən çoxunun Yer kürəsinin kölgəsində qalması olacaq.
“Ay yalnız tam Ay tutulması zamanı qırmızı-qəhvəyi rəng alır. Bu effekt Yer kürəsinin kölgəsinə daxil olması və planetimizin atmosferindən keçən Günəş şüaları ilə işıqlandırılması nəticəsində baş verir. Yer atmosferinin vəziyyətindən asılı olaraq, o, tünd qırmızı, mis-qəhvəyi və ya al qırmızı rəng ala bilər”, - deyə astronom qeyd edib.
Tutulma avqustun 28-də Bakı vaxtı ilə 05:24-də başlayacaq və 11:02-də başa çatacaq.
Astronomik fenomen Avropa, Qərbi Asiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik, Hind okeanları və Antarktidada müşahidə olunacaq. /yeniavaz.com/