Zelenski: Rusiya Kiyevə ən böyük gecə hücumlarından birini həyata keçirdi


Rusiya tərəfindən həyata keçirilən kütləvi hücumlar zamanı Ukrayna üçün ən böyük təhlükənin ballistik raketlərdən qaynaqlandığı, kruiz raketlərinin isə 93 faizinin vurulduğu bildirilir.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook” səhifəsində yazıb.

Zelenskinin sözlərinə görə, Rusiyanın Kiyev və Kiyev vilayətindəki şəhərlərə endirdiyi zərbələrin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir. Kiyev, Brovarı və Borispol şəhərlərində 600-dən çox xilasedici və polis əməkdaşı hadisə yerində çalışır.

Prezident qeyd edib ki, yalnız Kiyev və vilayətdə 30 yaşayış binası, məktəb, uşaq xəstəxanası və uşaq bağçasına ziyan dəyib. Hücum nəticəsində Kiyevdə 15 nəfərin öldüyünü bildirən Zelenski həlak olanların yaxınlarına başsağlığı verib.

O, yaralananlara bütün zəruri tibbi yardımın göstərilməsinin vacibliyini vurğulayıb və Ukraynanın tərəfdaşlarını hücumlara münasibətdə susmamağa, ölkənin müdafiəsinə dəstək verməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ