Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ


Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə baş verib.

Turkustan.az xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır. /Unikal/


MANŞET XƏBƏRLƏRİ