Azərbaycanda qızıl ucuzlaşıb?


Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti (İyun ayında çatdırılma - Qeyd) 30 mart 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4500 dollardan aşağı düşüb.

Qızılın qiyməti 1,43% azalaraq 1 troy unsiyası üçün 4496,7 dollar olub. Yaxın Şərqdəki münaqişənin tam bitməməsi səbəbindən neft qiymətlərinin bahalaşması, inflyasiyanın artacağı ilə bağlı narahatlıqlar, faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağına dair gözləntilərin qızılın qiymətinə mənfi təsir edəcəyi ehtimal edilir.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycanda qızılın qiymətində də dəyişiklik müşahidə edilir.

Belə ki, 1 unsiya- 7828.9505 manat, 1 qram isə 251.71 manat təşkil edir.

Hazırda 1 qram750 əuar qızılının qiyməti 188,97 manat, 1 qram 585 əyar qızılının qiyməti 147,4 manat, 1 qram 583 qızılının qiyməti isə 146, 64 manatdır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ