Kılıçdaroğlu səssizliyini pozdu: Hər kəs üçün şərəf məsələsidir


CHP-nin (Cümhuriyyət Xalq Partiyası) 7-ci sədri Kamal Kılıçdaroğlu sosial media hesabında “Bu gözəl ölkənin vicdanlı, vətənpərvər və nəcib vətəndaşlarına” adlı video müraciət yayımlayıb.

Turkustan.az xəbər verir ki, çıxışında təmiz siyasətin vacibliyini vurğulayaraq CHP-nin daxili islahata ehtiyacı olduğunu bildirib.

Kılıçdaroğlu mesajında siyasətdə əxlaq, vicdan və dürüstlüyün əsas prinsip olmalı olduğunu qeyd edib. O bildirib ki, millətin gələcəyi siyasətin ədaləti və mənəvi dəyərləri ilə formalaşır.

“Əziz dostlarım, cəsur yoldaşlarım və yol yoldaşlarım, bu gözəl ölkənin vicdanlı və nəcib vətəndaşları; bir millətin gələcəyi onun siyasətinin ağlı, vicdanı və əxlaqı ilə formalaşır. Millətin bərəkətli süfrələri təmiz siyasətlə zənginləşir. Çünki korrupsiyaya bulaşmış siyasət əvvəl vicdanı çürüdür, sonra əxlaqı məhv edir və sonda millətin haqqına toxunur. Buna görə də siyasəti təmiz saxlamaq və millətin süfrəsinə bərəkət gətirmək bu ölkədə siyasətlə məşğul olan hər kəs üçün şərəf məsələsidir,” – deyə Kılıçdaroğlu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ