Suriya prezidenti Əhməd Şara ABŞ prezidenti Donald Trampın ona göndərdiyi ətir və qeydin fotosunu sosial media hesabında paylaşaraq təşəkkür edib.
Turkustan.az xəbər verir ki, Tramp Şaraya hədiyyə olaraq ətir göndərib. Bu jestin iki lider arasında əvvəlki görüşlə əlaqəli olduğu bildirilir.
Xatırladılır ki, aylar əvvəl Ağ Evdə keçirilən görüş zamanı Tramp Şaraya ətir hədiyyə etmiş, Şara isə buna cavab olaraq ABŞ prezidentinə iki şüşə ətir təqdim etmişdi.
Şara paylaşımında Trampa təşəkkür edərək yazıb: “Bəzi görüşlər iz buraxır, bizimkilər isə xoş bir qoxu buraxır. Cənab Prezident Donald Tramp, səxavətinizə və bu dəyərli hədiyyəyə görə təşəkkür edirəm. Qoy bu görüşün ruhu Suriya ilə ABŞ arasındakı münasibətləri gücləndirməyə davam etsin.”
Aytən Yaşar/ Turkustan.az