Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - Detallar


“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi gündəm olub.

Turkustan.az komandanın baş məşqçisi Qurban Qurbanovu belə addım atmağa vadar edən səbəbi öyrənib.

Əldə etdiyimiz məlumata görə, son dövrlərdə daha da populyarlaşan millimizin üzvü futboldan kənara işlərə daha çox vaxt ayırıb. Bunların arasında xüsusi əyləncələri partilər də yer alıb. Xanımların da iştirak etdiyi partilərin sayının artması Elvin Cəfərquliyevin qələmənin “qırılması” ilə nəticələnib.

Qurban Qurbanov vacib oyunlardan biri öncəsi Elvin Cəfərquliyevin partidə iştirakını öyrəndikdən sonra, daha əvvəllər də intizamsızlığa yol verən futbolçusunu bağışlamayıb. Nəticədə 25 yaşlı futbolçu əvəzedici komandaya göndərilib.

Bu hadisədən sonra Qurban Qurbanovun futbolçunu bağışlayıb-bağışlamayacağı mövsümün yekununda bəll olacaq. İndiki durumda dəqiq olan odur ki, Elvin Cəfərqulieyev mösümün qalan hissəsində “Qarabağ”ın əsas komandasında qoşulmayacaq./teleqraf


MANŞET XƏBƏRLƏRİ