Ərdoğanın "Bu vidadırmı?" sualına verdiyi cavab diqqət çəkdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla jurnalistlər arasında AK Partiyanın parlament qrup toplantısından sonra diqqətçəkən dialoq yaşanıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan çıxışdan sonra jurnalistlərin suallarını cavablandırarkən, bir jurnalist onun nitqinin emosional olduğunu bildirərək, “Bu, sanki vida və seçkiyə hazırlıq çıxışı idi” deyib.

Bunun üzərinə Ərdoğan başqa bir jurnalistə tərəf dönərək, “Sizcə də belədir?” sualını ünvanlayıb. Həmin jurnalist isə “Xeyr, cənab Prezident, bu vida çıxışı deyil, əksinə yeni bir başlanğıc nitqinə bənzəyirdi” cavabını verib.

Söhbət zamanı Ərdoğandan tətil günlərini İstanbulda keçirib-keçirməyəcəyi də soruşulub. Türkiyə lideri isə suala gülümsəyərək, “Hələ dəqiq deyil. Həyat yoldaşım nə desə, o olacaq” cavabını verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ