Qalmaqallı görüntülərdən sonra Netanyahu əmr verdi


İsrailin baş naziri Benyamin Netanyahu Qlobal Sumud Donanmasının saxlanılan fəalları ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, o, fəalların deportasiya olunması barədə göstəriş verdiyini bildirib.

Netanyahu İsrailin Qəzzaya doğru hərəkət edən donanmanın qarşısını almaq hüququna malik olduğunu iddia edib. Baş nazir həmçinin Aşdod limanında fəallara qarşı təxribat xarakterli davranışlar sərgilədiyi deyilən ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin hərəkətlərinin “İsrailin dəyərlərinə və normalarına uyğun olmadığını” söyləyib.

Xatırladaq ki, mayın 18-də İsrail ordusu beynəlxalq sularda Qəzzaya doğru hərəkət edən və 44 ölkədən 428 fəalı daşıyan 50 qayıqdan ibarət donanmaya müdaxilə edib. Əməliyyat zamanı fəallar saxlanılıb. Donanmanın tərkibində 78 Türkiyə vətəndaşının olduğu bildirilib.

Saxlanılan fəallar daha sonra İsrailin cənubundakı Aşdod limanına aparılıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ