İsrailin Qəzzaya tətbiq olunan blokadanı yarmaq və humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Donanmaya beynəlxalq sularda hücumu, Təl-Əviv administrasiyasının artan humanitar böhranla bağlı beynəlxalq təzyiqlərdən narahat olduğunu göstərir.
Turkustan.az xəbər verir ki, “Haaretz” qəzetində dərc olunan “İsrail Qəzzaya gedən kiçik mülki yelkənli qayıqlardan niyə bu qədər qorxur?” başlıqlı məqalədə 44 ölkədən 428 fəalın qatıldığı donanmanın İsraildə yaratdığı narahatlıq və bunun səbəbləri təhlil edilib.
Məqalədə qeyd olunur ki, Qlobal Sumud Donanmasının əsas təsir gücü hərbi deyil, siyasi və ictimai xarakter daşıyır. Bildirilir ki, bu təşəbbüs “hökumətlərin fəlakəti normallaşdırmağa çalışdığı bir vaxtda Qəzzadakı vəziyyətə beynəlxalq diqqəti yenidən yönəltmək” qabiliyyətinə malikdir.
Aytən Yaşar/ Turkustan.az