İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı beş supertankerin Hörmüz boğazından keçməsinə icazə verib.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Hörmüz boğazından beş supertanker keçəcək.
Hesabatda bildirilir ki, tankerlərin boğazdan keçmək üçün İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Komandanlığına etdiyi müraciətlər təsdiqlənib.
Hər bir supertanker təxminən 2 milyon barel neft daşımaq gücünə malikdir.
Aytən Yaşar/ Turkustan.az