Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq.
Turkustan.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.
2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.