Türkiyədə məhkəmə qərarı ilə CHP sədri Özgür Özel Prezident Rəcəb Tayyib Ərdoğana təzminat ödəyəcək.
Turkustan.az yerli KİV-ə istinadən xəbər verir ki, partiya sədri istifadə etdiyi ifadələrə görə mənəvi təzminat iddiası çərçivəsində Ərdoğana 300 min lirə təzminat ödəyəcək.
Detalları Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın açıqlayıb. O bildirib ki, CHP sədri Özgür Özelin 5 iyul 2025-ci ildə CHP Baş qərargahında etdiyi çıxışda Prezident Ərdoğana qarşı səsləndirdiyi ifadələrə görə məhkəməyə müraciət edilib.
Vəkil Hüseyn Aydın sosial media hesabında etdiyi paylaşımda qeyd edib ki, məhkəmə bu ifadələrə görə Özgür Özelin 300 min lirə mənəvi təzminat ödəməsinə qərar verib./modern.az