Öskürək tənəffüs yollarının müdafiə reaksiyası olsa da, bir çox hallarda insanlara ciddi narahatlıq yaradır. Mütəxəssislər onun səbəbinin düzgün müəyyən edilməsinin müalicədə əsas rol oynadığını bildirirlər.
Turkustan.az xəbər verir ki, öskürəyin ən çox rast gəlinən səbəbləri arasında soyuqdəymə və virus infeksiyaları, allergiyalar, quru hava, siqaret tüstüsü və bəzi hallarda reflüks xəstəliyi yer alır.
Həkimlərin sözlərinə görə, yüngül hallarda ev şəraitində tətbiq edilən bəzi üsullar vəziyyəti xeyli yüngülləşdirə bilər. Bunlara bol maye qəbul etmək, ilıq çaylar içmək, baldan istifadə, buxar inhalasiyası və otağın nəmləndirilməsi daxildir.
Mütəxəssislər həmçinin bildirirlər ki, öskürəyin uzunmüddətli davam etməsi, sinə ağrısı, nəfəs darlığı və ya yüksək hərarətlə müşahidə olunması hallarında mütləq həkimə müraciət edilməlidir.
Qeyd olunur ki, öskürəyin tam aradan qaldırılması üçün əsas şərt onun yaranma səbəbinin düzgün müəyyən edilməsi və buna uyğun müalicənin aparılmasıdır./Bizim.Media