Paşinyan BƏRK ƏSƏBİLƏŞDİ: "Şalvarlarını cırıb qaçdılar" - VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyan ünvanına yönəlmiş təhdid xarakterli videonun yayılmasından sonra rusiyayönümlü müxalifətə qarşı sərt açıqlamalar verib.

Turkustan.az-ın məlumatına görə, sözügedən video maskalı şəxslər tərəfindən çəkilib və onların Qarabağdan köçən ermənilərin ləhcəsində danışdığı iddia olunur.

Hökumətin iclasında çıxış edən Paşinyan videoya və müxalifətin fəaliyyətinə münasibət bildirərək onları kəskin tənqid edib. Baş nazir bəzi şəxslərin müharibə dövründə məsuliyyətsiz davrandığını və hərbçiləri tək qoyduğunu iddia edib.

O, maskalı şəxslərin kimliyinin üzə çıxarılmasının vacibliyini vurğulayıb və təhdid xarakterli çağırışları qəbul etməyəcəyini bildirib.

Paşinyanın çıxışı Ermənistan daxilində siyasi gərginliyin davam etdiyi bir dövrdə baş verib. Müxalifət tərəfinin məsələyə münasibəti isə hələ açıqlanmayıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ