Gəncədə hemofiliya xəstəliyinin müasir müalicəsinə həsr olunmuş elmi-praktik seminar keçirilib


Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda elmi-praktik seminar baş tutub. Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

QHT.az xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd hemofiliyanın müasir və effektiv müalicəsi sahəsində tibb işçilərinin bilik və bacarıqlarını artırmaq, eləcə də beynəlxalq müalicə yanaşmalarının tətbiqini təşviq etməkdir.

Tədbirin açılışında çıxış edən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor vəzifəsini icra edən Səbuhi Həsənov bu cür maarifləndirici tədbirlərin tibb işçiləri üçün böyük əhəmiyyət kəsb etdiyini və onların sistemli şəkildə keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra elmi-praktik seminarda müxtəlif tibb müəssisələrinin mütəxəssisləri geniş təqdimatlarla çıxış ediblər.

Tədbirdən sonra xəstəxananın direktor vəzifəsini icra edən Səbuhi Həsənov və Assosiasiya sədri Ayaz Hüseynov Abbas Səhhət adına xəstəxananın fizioterapiya şöbəsinə baxış keçiriblər. İştirakçılar qanaxmaların törətdiyi fəsadların aradan qaldırılmasında fizioterapevtik müalicənin rolu və bu istiqamətdə birgə addımların atılması barədə fikir mübadiləsi aparıblar.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ