BMT-dən həyəcan təbili: Hər 5 ailədən biri gündə yalnız bir dəfə yeyir


BMT-nin Baş katibinin sözçüsü Stefan Dujarrik Qəzzada humanitar vəziyyətin ağır olaraq qaldığını bildirib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, atəşkəsə baxmayaraq, İsrailin hücumları və məhdudiyyətləri fonunda Qəzzada ailələrin təxminən beşdə biri gündə yalnız bir dəfə yemək yeyə bilir.

Dujarrik Nyu-Yorkda keçirilən gündəlik mətbuat brifinqində bildirib ki, Qəzzadakı ailələr əsas ehtiyaclarını qarşılamaqda ciddi çətinlik çəkirlər. Onun sözlərinə görə, ailələrin təxminən 50 faizi son bir ay ərzində ən azı bir dəfə yeməksiz qalıb.

BMT rəsmisi Ümumdünya Ərzaq Proqramının hesabatına istinadən qeyd edib ki, avqustun əvvəlində Qəzzadakı ev təsərrüfatlarının təxminən dörddə üçü nağd pul çatışmazlığı və əsas ərzaq məhsullarının bahalaşması səbəbindən bazarlara çıxışda çətinlik çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ