Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi


Qazaxıstan hökuməti ölkənin yeni birpalatalı parlamentinin işə başlaması səbəbindən səlahiyyətlərini təhvil verib. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər öz vəzifələrinin icrasını müvəqqəti olaraq davam etdirəcəklər.

Turkustan.az xəbər verir ki, bu qərar ölkə Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı müvafiq sərəncamda öz əksini tapıb.

Məlumata görə, ölkə konstitusiyasının tələblərinə uyğun olaraq, belə addım atılıb. Sərəncam imzalandığı andan etibarən qüvvəyə minib.

Xatırladaq ki, Tokayev bundan öncə Nazirlər Kabinetinin tərkibində müəyyən dəyişikliklərin olunacağını da bəyan etmişdi./oxu.az


MANŞET XƏBƏRLƏRİ