Trampın yeni qərarı: Ontario gölünün adı dəyişdirilir


ABŞ Prezidenti Donald Tramp Kanada ilə gərginliyin davam etdiyi bir vaxtda iki ölkə arasında yerləşən Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Turkustan.az xəbər verir ki, Ağ Evdə keçirilən mərasimdə sərəncamı imzalayan Tramp gölün Nyu-York ştatı ilə Kanadanın Ontario əyaləti arasında yerləşdiyini xatırladaraq, onun “Amerika Gölü” adlandırılmasının tamamilə normal olduğunu bildirib.

Tramp daha əvvəl Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalamasını da xatırladıb və yeni addımdan məmnun olduğunu deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ