"Gənclər erkən nikaha qarşı" layihəsi çərçivəsində Göyçayda 2 günlük təlim-seminar keçirilib


"Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə regionlarda "Gənclər erkən nikaha qarşı" layihəsi çərçivəsində Göyçay rayonunda 2 günlük təlim-seminar keçirmişdir.

Seminarlarda erkən nikahın fəsadları, sosial davranış və düşüncə dəyişikliklərinin təşviqi, erkən nikahın sağlamlıq, təhsil və psixoloji fəsadları haqqında gənclərə maarifləndirici məlumatlar verilmişdir. Seminarlarda gənclərin erkən nikah haqqında düşüncələri, problemin həlli ilə bağlı təklifləri və bu istiqamətdə fəaliyyətləri barəsində məlumatlar dinlənilmişdir.

Tədbirlərdə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, ekspert N.İsmayılova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan Regional Nümayəndəliyinin koordinatoru C. İsmayılov, Göyçay Peşə Liseyinin direktor müavini B. Bədəlova çıxış edərək gənclərə öz tövsiyələrini vermişlər. Seminarlar başa çatdıqdan sonra çay süfrəsi arxasında mövzu ətrafında müzakirələr davam etmişdir.

Seminar zamanı iştirakçılara maarifləndirici qısaqol köynəklər və qeydiyyat üçün digər vəsaitlər paylanmışdır.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ