Almaniya kansleri Fridrix Merts İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzza ilə bağlı çağırışlarını kəskin şəkildə pisləyib.
Turkustan.az xəbər verir ki, Almaniya hökumətinin sözçü müavini Sebastian Hille Berlində keçirilən mətbuat konfransında Ben-Qvirin açıqlamalarına münasibət bildirib.
Hille qeyd edib ki, Ben-Qvirin Qəzzaya hər gecə “30-40 hücum” edilməsinə dair çağırışı beynəlxalq hüquqa ziddir.
“Baş nazir Merts Ben-Qvirin beynəlxalq hüquqa zidd olan qeyri-insani çağırışlarını qətiyyətlə pisləyir. Bunlar qəbuledilməzdir”, – Hille bildirib.
Aytən Yaşar/ Turkustan.az