Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qarşı bir neçə yeni sanksiya paketinin tətbiq ediləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski videomüraciətində bildirib ki, yeni sanksiyalar Rusiya hərbi-sənaye kompleksinə, həmçinin Moskva ilə əlaqələrini davam etdirən şəxslərə qarşı yönələcək.
Onun sözlərinə görə, sanksiyalar Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiya ilə əməkdaşlıq edən şəxsləri, eləcə də hazırda Avropada yaşayan, lakin Rusiya ilə əlaqələrini qoruyan keçmiş ukraynalı məmur və şəxsləri əhatə edəcək.
“Bu gün yeni sanksiyalarla bağlı bir neçə fərman imzaladım”, – Zelenski deyib.
Aytən Yaşar/ Turkustan.az