Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyanı İkinci Dünya müharibəsinin nəticələrini tam qəbul etməyə çağırıb və Tokionun siyasətinin “təhlükəli istiqamətə getdiyini” bildirib.
Turkustan.az xəbər verir ki, Zaxarova Moskvada keçirdiyi həftəlik brifinqdə Yaponiyanın son addımlarını şərh edib. O, Yaponiyanı İkinci Dünya müharibəsi dövründəki fəaliyyətinə görə məsuliyyəti qəbul etməməkdə və tarixə yenidən baxmağa çalışmaqda ittiham edib.
“Yaponiyanı İkinci Dünya müharibəsinin nəticələrini tam qəbul etməyə və tarixinin qeyri-insani səhifələrini yenidən yazmaq cəhdlərini dayandırmağa çağırırıq”, – Zaxarova deyib.
Rusiya rəsmisi Yaponiyanın Asiya-Sakit Okean regionunda təcavüzə görə məsuliyyət daşıdığını vurğulayaraq, “Yaponiya təhlükəli bir yola doğru gedir” ifadəsini işlədib.
Aytən Yaşar/ Turkustan.az