Laçında stress və travmanın təsirlərinin idarə olunmasına həsr olunmuş təlim keçirilib


Taxta körpü ərazisi kimi tanınan, Laçın obaları adlanan qəsəbəsində mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin iştirakı ilə növbəti psixososial dəstək təlimi təşkil olunub.

QHT.az xəbər verir ki, “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək” layihəsi çərçivəsində keçirilən ikinci təlim bu dəfə “Stress, travma və psixoloji gərginliyin idarə olunması” mövzusuna həsr edilib.

Təlimdə əsas diqqət travmatik hadisədən sonra insanın daxilində baş verən dəyişikliklərə və bu dəyişikliklərin gündəlik həyata, ailə münasibətlərinə və sosial davranışlara təsirinə yönəldilib.

İştirakçılarla aparılan müzakirələr zamanı stressin yalnız emosional gərginlik olmadığı, onun insanın düşüncələrinə, davranışlarına, münasibətlərinə və gündəlik fəaliyyətinə də təsir göstərə bildiyi izah olunub. Travmatik təcrübədən sonra yaranan qorxu, narahatlıq, əsəbilik, yuxu problemləri və digər emosional reaksiyalar barədə fikir mübadiləsi aparılıb.

Təlimin fərqli cəhətlərindən biri mövzunun yalnız nəzəri məlumatlarla məhdudlaşdırılmaması olub. İştirakçılar müxtəlif praktiki məşqlərə cəlb olunaraq gərginlik zamanı özlərini sakitləşdirmək, emosiyalarını idarə etmək və diqqəti hazırkı ana yönəltmək üçün istifadə oluna biləcək sadə üsulları sınaqdan keçiriblər.

Qrup çalışmaları zamanı iştirakçılar stress yaradan vəziyyətlərə münasibətlərini bölüşüb, çətin anlarda hansı davranışların vəziyyəti daha da ağırlaşdırdığı, hansılarının isə psixoloji gərginliyin azalmasına kömək etdiyi barədə müzakirələr aparıblar.

Səmimi söhbət və açıq fikir mübadiləsi şəraitində keçirilən görüşdə bir məqam xüsusi vurğulanıb: travmatik hadisəni unutmaq həmişə mümkün olmasa da, onun insanın sonrakı həyatına təsirini daha sağlam şəkildə idarə etməyi öyrənmək mümkündür.

İştirakçılara öz hisslərini tanımağın, emosiyaları sağlam şəkildə ifadə etməyin, ehtiyac yarandıqda yaxınlarından və mütəxəssislərdən dəstək istəməyin psixoloji dayanıqlılığın formalaşmasında mühüm rol oynadığı izah edilib.

Təlimin sonunda iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüb, gündəlik həyatda tətbiq edə biləcəkləri üsulları qeyd ediblər. Görüş qarşılıqlı dəstək və etimad şəraitində başa çatıb.

Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir.

Mina və PHS-dən zərərçəkmiş şəxslərin psixoloji dayanıqlığının artırılması, sosial həyata uyğunlaşmasının asanlaşdırılması və cəmiyyətə reinteqrasiyasına dəstək məqsədilə layihə çərçivəsində fəaliyyətlər davam etdiriləcək.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ