ABŞ Maliyyə naziri Skott Bessent İrana qarşı yeni və daha sərt iqtisadi sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Vaşinqtonun Tehrana qarşı təzyiq kampaniyasını genişləndirəcəyini bildirərək, “Biz bu rejimi devirəcəyik” deyib.
Bessent bildirib ki, ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq etməyə hazırlaşır. Onun sözlərinə görə, Vaşinqtonun iqtisadi təzyiq siyasəti daha əvvəl Venesuela və hazırda Kubaya qarşı tətbiq edilib və bunun İrana qarşı da nəticə verəcəyinə inanır.
Nazir qarşıdakı tədbirləri “dünya tarixində ən böyük əlaqələndirilmiş iqtisadi təcrid” kimi xarakterizə edib. O, ABŞ-ın İranla iqtisadi əlaqələr saxlayan ölkələrə qarşı da sərt tədbirlər görəcəyini bildirib.
Bessent digər ölkələrə İranla biznes əlaqələrindən çəkinmək barədə xəbərdarlıq edərək, neft alışları və maliyyə əməliyyatları da daxil olmaqla Tehranla əməkdaşlıq edənlərin ABŞ Maliyyə Nazirliyinin sanksiyaları ilə üzləşə biləcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az