Von der Leyendən xəbərdarlıq: “Bu, hibrid müharibədir”


Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Rumıniyanın Qara dənizdə partlayıcı maddələrlə yükləndiyi bildirilən pilotsuz sualtı aparatı məhv etməsinə münasibət bildirib və hadisəni “hibrid müharibə” çərçivəsində qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Von der Leyen “X” hesabında paylaşımında Aİ-nin müdafiə hazırlığı çərçivəsində 2030-cu ilə qədər təxminən 800 milyard avro vəsait ayırdığını xatırladıb.

O bildirib ki, Aİ üzv ölkələrin yeni təhlükələrə daha sürətli və koordinasiyalı cavab verməsi üçün müdafiə sənayesində istehsal imkanlarını artırmağı planlaşdırır. Bu çərçivədə “Dron Divarı” kimi tanınan Avropa Dron Müdafiə Təşəbbüsü və Şərq Cəbhəsi Müşahidə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

Von der Leyen Rumıniyanın Qara dənizdə, Neptun Deep qaz yatağı yaxınlığında pilotsuz sualtı aparatı məhv etməsinə toxunaraq, belə hadisələrin Aİ vətəndaşları arasında narahatlıq yaratdığını və birliyin parçalanmasına yönəlmiş təhdid kampaniyasının davam etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ