Bakıda IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi Keçirildi


Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı, Türkiyə-Azerbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) tərəfdaşlığı ilə Bakı şəhərində IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçirilib. Zirvə Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən mühəndislər, akademiklər, dövlət rəsmiləri və iş dünyasının nümayəndələrinin qatıldığı tədbirdə ortaq texnologiyalar, mühəndislik təhsili, süni intellekt, enerji, kibertəhlükəsizlik, müdafiə sənayesi və dayanıqlı inkişaf mövzuları müzakirə olunub.

Zirvənin açılış mərasimində Türk Mühəndislər Dərnəyinin sədri Yaşar Yekebağcı, KOBİA sədri Orxan Məmmədov, ASK prezidenti Məmməd Musayev, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, Türkiyə Kamu-Sen Genel Başkanı Önder Kahveci, AK Parti Xarici Əlaqələr üzrə sədr müavini Levent Ali Yıldız, millət vəkilləri Şamil Ayrım və Yaşar Yıldırım, eləcə də digər rəsmi şəxslər çıxış ediblər.

Zirvə çərçivəsində “Türk Dünyasında Ortaq Mühəndislik Təhsili”, “Müdafiə Sənayesi”, “Enerji, Mühəndislik və Dayanıqlılıq”, “Zəlzələyə Dayanıqlı Tikililər”, “Türk Dövlətlərində Kibertəhlükəsizlik” və “Türk Dünyası Süni İntellekt” mövzularında panel və sessiyalar təşkil olunub. Sessiyalarda müxtəlif ölkələrdən tanınmış professorlar, mühəndislər və sahə mütəxəssisləri çıxış edərək təcrübələrini bölüşüblər.

Tədbir çərçivəsində iştirakçılar arasında B2B görüşlər, universitet və sektor ziyarətləri, həmçinin Bakı şəhər turu da təşkil olunub. Zirvənin əsas məqsədi Türk dünyasında elmi və texnoloji əməkdaşlığı genişləndirmək, ortaq layihələrin hazırlanmasına töhfə vermək və mühəndislər arasında beynəlxalq əlaqələri gücləndirmək olub.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ