“Ana Kür” ictimai birliyi regionda alternativ ekoloji davranışların təşviqinə başlayıb


Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kür çayı ərazilərində biomüxtəlifliyin bərpası və alternativ ekoloji vərdişlərin təşviqi” layihəsinin icrasına start verib.

QHT.az xəbər verir ki, bu münasibətlə Salyan rayonunun Uşaq-Gənclər İnkişaf Mərkəzində layihənin təqdimat mərasimi keçirilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, bələdiyyələrin, təhsil, mədəniyyət və ekologiya sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, qeyri-hökumət təşkilatları, KİV təmsilçiləri, könüllülər və layihənin icra olunacağı ərazilərin sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək layihənin məqsədləri, fəaliyyət istiqamətləri, görüləcək işlər və gözlənilən nəticələr barədə məlumat verib. O, iştirakçıları layihənin fəaliyyət planı ilə tanış edib.

Daha sonra çıxış edən rayon və ictimaiyyət nümayəndələri dünyada ekoloji problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən qlobal təşəbbüslərin və ölkəmizdə icra olunan ekoloji layihələrin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, ətraf mühitin qorunması və biomüxtəlifliyin bərpası istiqamətində görülən işlərlə yanaşı, alternativ ekoloji davranışların təşviqi də müasir dövrün əsas çağırışlarından biridir.

Çıxışlarda Kür çayı boyunca yerləşən ərazilərdə ətraf mühitin mühafizəsinə ictimai dəstəyin artırılmasının vacibliyi qeyd olunub. Vurğulanıb ki, bu istiqamətdə maarifləndirmə tədbirləri və ekoloji vərdişlərin təşviqi mühüm rol oynayır.

Layihə çərçivəsində Kür çayıboyu ərazilərdə yerləşən məktəblərdə dəyirmi masaların təşkili, müxtəlif ekoloji aksiyaların keçirilməsi, iməciliklərin təşviqi, ağacəkmə kampaniyaları və mövcud yaşıllıqlara qulluq tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Paylaş


MANŞET XƏBƏRLƏRİ