ABŞ ilə İran arasında atəşkəslə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır.
Turkustan.az xəbər verir ki,ABŞ dövlət katibi Marco Rubio bildirib ki, Vaşinqton bu gün Tehran tərəfindən rəsmi cavab gözləyir.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra 17 apreldə əldə olunan müvəqqəti atəşkəsin taleyi hələ də tam aydın deyil.
Rubio Romada jurnalistlərə açıqlamasında deyib:
“İrandan hələlik cavab almamışıq. Bu gün cavab veriləcəyini gözləyirik. Həmin cavabın nələri əhatə etdiyini görəcəyik. Ümid edirik ki, bu, bizi ciddi danışıqlar mərhələsinə aparacaq.”
ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton təhlükəsizlik məsələsində sərt mövqeyini qoruyur:
“Əgər ABŞ hədəflərinə raket hücumları olarsa, biz mütləq cavab verəcəyik.”
Aytən Yaşar/ Turkustan.az