Ukrayna və Avropa gələcəkdə birgə nüvə silahı proqramı yaratmaq imkanını müzakirə etməlidir.
Turkustan.az xəbər verir ki, Ukrayna Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti olan Horbulin bu fikirləri jurnalistlərə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Avropanın Ukrayna ilə əməkdaşlıq çərçivəsində seçə biləcəyi ən asan yollardan biri nüvə silahlarının birgə hazırlanması ola bilər:
“Mənə elə gəlir ki, Ukraynanın elmi və yaradıcı potensialı həm Fransaya, həm də Almaniyaya Avropa nüvə silahlarının yaradılması istiqamətində ciddi töhfə verə bilər.”
Horbulin vurğulayıb ki, bu, dərhal həyata keçiriləcək təşəbbüs deyil, lakin gələcək perspektivdə nəzərdən keçirilməsi vacib olan məsələdir:
“Mən buna çağırmıram, amma düşünmək lazımdır. Bu gün deyil, uzaq gələcəkdə baş verə bilər, amma sabah da aktuallaşa bilər.”
O həmçinin qeyd edib ki, Fransa və Böyük Britaniya rəhbərliyi mövcud nüvə potensialının Rusiya ilə mümkün qarşıdurma üçün kifayət etmədiyini açıqlayıb.
Horbulin xatırladıb ki, Ukrayna sovet dövründə nüvə başlıqları daşıya bilən raket sistemlərinin hazırlanmasında mühüm rol oynayıb və bu sahədə ciddi texnoloji təcrübəyə malikdir.
Aytən Yaşar/ Turkustan.az