Trampın təsviri olan sikkələr buraxıldı - 100-ü 154 dollar


ABŞ-da Prezident Donald Trampın təsvirinin yer aldığı 1 dollarlıq sikkələr dövriyyəyə buraxılıb.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Zərbxanası məlumat yayıb.

Sikkələri qurumun rəsmi internet saytı vasitəsilə almaq da mümkündür. 100 ədəd sikkədən ibarət dəstin qiyməti 154 dollar müəyyən edilib.

Sikkənin ön hissəsində Donald Trampın təsviri ilə yanaşı, “LIBERTY, IN GOD WE TRUST” və “1776-2026” yazıları həkk olunub.

Arxa tərəfdə isə ABŞ prezidentinin möhürü – zeytun budağı və oxlar tutan qartal təsvir edilib. Qartalın sinəsindəki qalxanın üzərinə ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə “250” rəqəmi yerləşdirilib. Burada həmçinin “UNITED STATES OF AMERICA”, “ONE DOLLAR” və “E PLURIBUS UNUM” yazıları yer alır./publika.az

Photo


MANŞET XƏBƏRLƏRİ