Türkiyədə iki gəmi toqquşdu, 10 nəfərdən xəbər yoxdur


Türkiyənin Silivri sahilləri yaxınlığında iki ticarət gəmisi toqquşub.

Turkustan.az xəbər verir ki, hadisə sentyabrın 2-də yerli vaxtla saat 03:00 radələrində, Silivri sahillərindən 18 dəniz mili cənubda baş verib.

İstanbul Valiliyinin məlumatına görə, Kocaelidən Aliağaya gedən Türkiyə bayraqlı “ALSU” gəmisi ilə İskəndərun limanından Qaradəniz Ereğliyə hərəkət edən “TUĞBERK İMAMOĞLU” gəmisi naməlum səbəbdən toqquşub.

İlkin araşdırma zamanı “ALSU” gəmisində gözlə görünən hər hansı zədə aşkarlanmayıb. Digər gəmi və onun göyərtəsindəki 10 ekipaj üzvü ilə isə əlaqə yaratmaq mümkün olmayıb.

Hadisə yerinə Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin və Sahil Mühafizəsinin Mərmərə və Boğazlar Komandanlığının çoxsaylı dəniz vasitələri, həmçinin helikopter göndərilib.

İkinci gəminin və ekipaj üzvlərinin tapılması üçün dənizdən və havadan axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Toqquşmanın səbəbi hələlik məlum deyil./modern.az


MANŞET XƏBƏRLƏRİ