ABŞ Hərbi Dəniz Qüvvələrinin USS “Abraham Lincoln” təyyarədaşıyan gəmisi 286 gün dənizdə qaldıqdan sonra Taylandın Laem Çabanq limanına çatıb.
Turkustan.az xəbər verir ki, təxminən 5 min dənizçi və dəniz piyadasının xidmət etdiyi gəmi 2025-ci ilin noyabrında missiyaya başlayıb və daha sonra Yaxın Şərqə yönləndirilib. Burada ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında və dəniz blokadasında iştirak edib.
286 günlük missiya “Abraham Lincoln”un müasir dövrdə ən uzun fasiləsiz dənizdə qalma müddətlərindən biri kimi qiymətləndirilir. Konqresin Demokrat üzvləri gəmidə uzunmüddətli xidmət şəraiti, təchizat problemləri və heyətin psixoloji vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edərək araşdırma tələb ediblər.
Taylanda səfərin əsas məqsədi isə uzunmüddətli missiyadan sonra heyətin istirahət etməsi və qüvvələrin yenidən təchiz olunmasıdır.
Aytən Yaşar/ Turkustan.az