Putin: Terrorçularla danışıqlar aparmırıq


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qarşı dron hücumlarının intensivləşəcəyinə işarə edərək, Rusiya hava məkanının pilotsuz uçuş aparatları baxımından daha təhlükəli olacağını bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesablarında yayımladığı video müraciətdə Rusiya hava məkanından istifadə edən aviaşirkətlərə, sığorta şirkətlərinə və ölkənin əsas hava limanlarından istifadəni davam etdirən tərəflərə xəbərdarlıq edib.

O bildirib ki, Ukrayna mülki aviasiyanı və ya mülki təyyarələri hədəf almır, lakin Rusiya hava məkanında dronların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Zelenskinin sözlərinə görə, Rusiya hakimiyyəti hava məkanındakı təhlükələrlə bağlı lazımi məlumat vermir və nəticədə ölkənin hava məkanı faktiki olaraq bağlana bilər.

"Rusiyanın başlatdığı müharibə öz hava məkanını bağlamaq deməkdir", - deyə Zelenski bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə Zelenskinin bu açıqlamasını "dövlət terrorizmi aktı" adlandırıb. Putin bildirib ki, "terrorçularla heç bir danışıqlar aparılmır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ