SON XƏBƏR: ABŞ-la İran qarşılıqlı zərbələrə başlayıb


“İran daxilində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirməyə başladıq”.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

Komandanlıq İrana zərbələrin SEPAH-ın Hörmüz boğazında gəmiçiliyi hədəf alan son hücumlarından sonra endirildiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Trampda ABŞ hərbçilərinin İranın Hörmüz boğazı yaxınlığındakı hədəflərinə zərbələr endirdiyini açıqlayıb.

Trampın sözlərinə görə, zərbələr İranın Hörmüz boğazında dəniz minaları yerləşdirmək cəhdinə cavab olaraq həyata keçirilir.

O bildirib ki, minalar aşkarlanıb və tamamilə çıxarılıb və ya zərərsizləşdirilib.

ABŞ Prezidenti həmçinin İranın İordaniyadakı ABŞ hərbi bazasına səkkiz raket atdığını, onların hamısının ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirildiyini bildirib.

Tramp xəbərdarlıq edib ki, İran bu hücumu yenidən təkrarlayarsa, ABŞ daha sərt və daha genişmiqyaslı zərbə endirəcək.

“Ən böyük zərbə isə hələ qarşıdadır. Hər şey başa çatdıqdan sonra İran İslam Respublikasından çox az şey qalacaq”, - deyə Tramp bildirib.

***

İran Silahlı Qüvvələri Baş Qərargahı bəyanatında ABŞ ordusunun Sistan və Bəlucistan və Hörmüzgan ostanlarının bəzi ərazilərinə endirdiyi hava zərbələrinə cavab veriləcəyini açıqlayıb.

İran Silahlı Qüvvələri ABŞ-a sarsıdıcı və ağır zərbələr endirəcək.

Qeyd olunub ki, ABŞ ordusu regionda təxribatlarını davam etdirməkdə israr edərsə, daha böyük və ağır itkilərlə üzləşəcək.

"Fars" agentliyi məlumat yayıb ki, artıq İran Yaxın Şərqdə yerləşən ABŞ-a cavab hücumuna başlayıb.

Agentliyin məlumatına görə, hücumlar zamanı regiondakı ABŞ hərbi obyektləri və mövqeləri hədəf alınır.


MANŞET XƏBƏRLƏRİ