Avropada böhran: Miqrasiya dalğası arta bilər...


Avropanın miqrasiya siyasəti böhranın əsas səbəblərinə deyil, daha çox nəticələrinə yönəlir.

Turkustan.az xəbər verir ki, bu barədə “Avroaktiv” nəşrinin təhlilində bildirilib.

Qeyd olunub ki, Avropa liderlərinin miqrasiya məsələsində sərt mövqeyi problemin həlli üçün kifayət deyil:

“İspaniyanın Seuta anklavında baş verən son hadisələr Avropanın miqrasiya siyasətindəki ziddiyyətləri üzə çıxarıb. İqtisadi çətinliklər, xüsusilə Mərakeşdə gənclər arasında yüksək işsizlik miqrasiya təzyiqinin əsas amillərindən biri kimi göstərilir. Bununla yanaşı, vurğulanır ki, Avropa ölkələrinin inkişaf yardımını azaltması gələcək miqrasiya dalğalarının riskini artıra bilər”.

Məlumata görə, zəngin ölkələrin inkişaf yardımı 2025-ci ildə 23,1 faiz azalaraq 174,3 milyard dollara düşüb. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ