ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranla müharibə başa çatdıqdan sonra ABŞ-ın Fars körfəzindəki hərbi mövcudluğunu azaltmaq variantını nəzərdən keçirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, “Washington Post” qəzetinin səkkiz mənbəyə istinadən yaydığı məlumata görə, Pentaqonun siyasət ofisi ABŞ-ın Körfəz ölkələrindəki hərbi mövcudluğunun gələcəyi ilə bağlı ilkin təhlil aparır. Bu proses hələ rəsmi araşdırma mərhələsinə keçməyib.
Təhlildə müharibədən sonra bölgədəki ABŞ hərbi bazalarının əvvəlki formada bərpa edilib-edilməməsi və hərbi qüvvələrin bir hissəsinin Fars körfəzindən daha qərbdə yerləşdirilməsi kimi variantlar nəzərdən keçirilir.
Məlumata görə, proses Birləşmiş Qərargah Rəisləri Komitəsi və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən yaxından izlənilir. CENTCOM komandanı admiral Bred Kuperin də ABŞ qoşunlarının Fars körfəzindən qərbə köçürülməsi ilə bağlı müzakirələri dəstəklədiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az